2023-cü il ərzində Roma Şimali Atlantika Alyansının şərq cinahını gücləndirmək üçün bu missiyalarda 30-a yaxın təyyarədən istifadə edərək 3400 əsgər göndərəcək.
Ucnoqta.az xəbər verir ki, bu barədə Corriere della Sera məlumat yayıb. İtaliya Müdafiə Nazirliyinin rəhbəri Guido Crosetto bildirib ki, 600 texniki, 5 dəniz, eləcə də 30-a yaxın hava bölməsi də göndəriləcək.
Nazirin sözlərinə görə, nazirliyin planlarına digər məsələlərlə yanaşı, Baltik dənizində Polşanın və Avro-Atlantik regionun hava məkanının möhkəmləndirilməsinə töhfə kimi zenit və raketdən müdafiə imkanlarına malik gəminin yerləşdirilməsi daxildir.