Şərqi Hindistanın Nepalla həmsərhəd ştatında qeyri-adi yağış yağıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə Daily Mail yazıb. Baş verənlərdən qorxan yerli sakinlər pəncərə və qapıları bağlayaraq evlərində gizləniblər. İndi mütəxəssislər belə bir təbiət hadisəsinə nəyin səbəb olduğunu müəyyənləşdirməyə çalışırlar. Şahidlərin sözlərinə görə, baş verənlər onlara bibliya vəbasını xatırladıb.
Yerli media hadisə nəticəsində xəsarət alan olmadığını bildirib. Lakin yerə düşən böyük həşərat təbəqəsi səbəbindən insanlar uzun müddət evlərini tərk edə və çölə çıxa bilməyiblər.