Yaponiyanın baş naziri Fumio Kişida və ABŞ prezidenti Co Bayden Rusiyaya qarşı sanksiyaları saxlanması barədə razılığa gəliblər
Ucnoqta.az xəbər verir ki, bu barədə cümə axşamı Yaponiya Xarici İşlər Nazirliyi iki liderin mayın 19-dan 21-dək Yeddilik Qrupunun (Böyük Yeddilik) sammitinin keçiriləcəyi Xirosimada görüşünün yekunları ilə bağlı məlumat yayıb. Məlumata görə, liderlər həmçinin Ukraynanı dəstəkləməyə davam etmək barədə razılığa gəliblər.
"İki lider Rusiyaya qarşı sərt sanksiyaları davam etdirmək və G7 və digər həmfikir dövlətlərlə sıx əməkdaşlıqda Ukraynanı ciddi şəkildə dəstəkləməyə razılaşıblar", - XİN-in bəyanatında deyilir.