KTMT Ermənistana yardım göstərməyə hazır olduğunu təsdiqləyib

15:46 - 18 May 2023 - DÜNYA

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) hərbi-texniki əməkdaşlıq çərçivəsində KTMT-nin monitorinq missiyasını göndərməklə İrəvana mümkün yardım göstərməyə hazır olduğunu təsdiq edir.

Ucnoqta.az xəbər verir ki, bu barədə Minskdə KTMT Parlament Assambleyası Şurasının iclasında təşkilatın baş katibi İmanqali Tasmaqambetov məlumat verib.

“Bir daha Kollektiv Təhlükəsizlik Şurasının (KTMT) sonuncu noyabr sessiyasında elan olunduğu kimi, biz İrəvana həm KTMT-nin monitorinq missiyasını göndərməklə, həm də hərbi-texniki yardım, sərhədçilərə təlim keçmək yolu ilə hər cür yardım göstərməyə hazır olduğumuzu bir daha təsdiqləyirik”, - deyə o bildirib.

Xəbər xətti