Gələcək Partiyasının başqanı Əhməd Davudoğlu Ata Alyansının prezidentliyə namizədi Sinan Oğan ilə görüşüb.
Ucnoqta.az xəbər verir ki, görüşün dünən axşam saatlarında baş tutduğu bildirilir.
Ötən gecə Ankarada keçirilən görüş 3 saat davam edib. Görüşdə Gələcək Partiyasının sədr müavini Feramuz Üstün də iştirak etdiyi bildirilir.
"Onu dəvət etdim. Deputat olaraq birlikdə işlədik, gözəl söhbət oldu. Müsbət bir görüş oldu. Ümid edirəm ki, ölkə üçün doğru qərar verəcək" - Üstün deyib.