"Artıq altı aydır ki, Ülviyyə Alovlunu məhkəmə tapıb gətirə bilmir"
Ucnoqta.az xəbər verir ki, bunu Xalq artisti Flora Kərimova deyib.
Xalq artisti bildirib ki, hakim Abbas Rzayevin nəzarətində olan məhkəmə onu dırnaqarası axtarışa verib: "2022-ci ilin dekabın 5-dən axtarışdasan, ay “xəbərsiz”. 83 yaşamda da hələki mənim adımla sən gündəmdəsən. Mənə sənin kimi cılız adamlarla gündəm lazım olsaydı sən yox sürüsündən ayrıldığın böyüyünün arzuladığı o “polemikaya” qol qoyardım ya da bu qərar çıxanda sənə sənin gərəkdiyin şərəfi verərdim. Heç bir mətbuat qurumu sənin adını çəkmək istəmir, çünki ağzın iylənir!
Üzəduranlıq, işverənlik, həyasızlıq, vulqarlıq, yalan sənət olan yerdə qanundan başqa çıxış yolu qalmır, çünki sənin kimi söyüş vərdişim yoxdur.
Noyabır ayından, 6 aydır polis səni məhkəməylə (məcburi məhkəmə ) guya “tapıb gətirməyi bacarmır”. Həmişəki kimi deyəcəksən ki “mən gizlənməmişəm”. Bu başqa bir mövzudur və yeri gəlmişkən buna ayrı səhifə ayıracağam, əmin ol.
Sən guya faktlarla arxalanan ciddi “jurnalist”sən yoxsa, böyük mətbuat katibi olmusan? Art-drektoru olduğun, silsilə “mahnılar” həsr elədiyin, “Bütün sex partilərin ulduzu olan Bagira”-dan başlayım yoxsa süpürgəlikdən aşağı REDAKTORU OLDUGUN JURNAlDAKİ SORĞULARINDAN VƏ MƏQALƏLƏRDƏN? Balkonunda qoxladığın yağışlar yağdı cartdaqların örtüldü? Məhkəmələrə “hörmətlə yanaşan”, artıq bilirsən iyun ayın 7-si təkrar məhkəməndir!".
Qarşı tərəfin də fikirlərini təqdim etməyə hazırıq.