Bayden G7 sammitində iştirak etmək üçün Yaponiyaya gedib

12:25 - 18 May 2023 - DÜNYA

ABŞ prezidenti Co Bayden mayın 19-dan 21-dək Xirosimada keçiriləcək G7 sammitində iştirak etmək üçün cümə axşamı Yaponiyaya gəlib.

Ucnoqta.az xəbər verir ki, Mətbuat mərkəzindən yayımlanan görüntülərə görə, göyərtəsində amerikalı liderin olduğu təyyarə Yamaquçi prefekturasındakı ABŞ Dəniz Piyadaları Korpusunun İvakuni Hava Stansiyasına enib.
ABŞ prezidentini ABŞ-ın Yaponiyadakı səfiri Rahm Emanuel qarşılayıb. İvakuni bazasının özündə dövlət başçısı ABŞ hərbçilərini salamlayıb.

Bundan sonra onun Xirosimaya gedəcəyi və bu gün axşam saatlarında Yaponiyanın baş naziri Fumio Kişida ilə ikitərəfli danışıqlar aparacağı gözlənilir.

Bayden, Xirosima şəhərinə səfər edən ikinci ABŞ prezidenti olacaq.

Xəbər xətti