Tayvanın Qanunverici Yuan (ali qanunverici orqan) rəhbəri Yu Sikun Vaşinqtona səfəri çərçivəsində ABŞ Konqresinin Nümayəndələr Palatasının keçmiş spikeri Nensi Pelosi ilə görüşüb.
Ucnoqta.az xəbər verir ki, bu barədə Tayvanın Mərkəzi Xəbər Agentliyi məlumat yayıb.
Məlumata görə, görüş mayın 17-də Kapitolidə baş tutub. Görüşdən sonra o, Yu Xikunun Pelosiyə "Demokratiya qalib gəlməlidir" yazılan vərəqi verərkən çəkilmiş şəklini Tvitter səhifəsində paylaşıb.