Çin Xarici İşlər Nazirliyi Çin nümayəndəsi Li Huinin Ukraynaya səfərini təsdiqləyib
Ucnoqta.az xəbər verir ki, nazirlikdən bildirilib ki, səfər zamanı o, prezident Zelenski, Ukraynanın xarici işlər naziri Kuleba və prezident aparatının rəhbəri Yermakla görüşüb.
Li Hui vurğulayıb ki, Çin mümkün qədər tez bir zamanda müharibənin dayandırılması və sülhün bərpası üçün beynəlxalq ictimaiyyətə yardım etməyə hazırdır.
Ukrayna tərəfi ÇXR nümayəndəsinin səfəri ilə bağlı hələlik heç bir məlumat verməyib.