Özbəkistan prezidenti Si Cinpinlə danışıqlar aparacaq

08:27 - 18 May 2023 - DÜNYA

Özbəkistan prezidenti Şavkat Mirziyoyev Çinə dövlət səfərinə gəlib

Ucnoqta.az xəbər verir ki, bu barədə Özbəkistan liderinin mətbuat xidməti məlumat yayıb. Məlumata görə, o, Çinin sədri Si Cinpinlə danışıqlar aparacaq, Mərkəzi Asiya-Çin sammitində iştirak edəcək.

Sian şəhərində keçiriləcək foruma Si Cinpin ev sahibliyi edəcək. Tədbirdə Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistan liderləri də iştirak edəcək.

Xəbər xətti