ABŞ müdafiə nazirinin siyasi məsələlər üzrə müavini Kolin Koul bu yay təqaüdə çıxacaq.
Ucnoqta.az xəbər verir ki, bu barədə ABŞ Hərbi Departamentinin rəhbəri Lloyd Ostinin yaydığı yazılı bəyanatda deyilir.
Kolun yerinə kimin keçəcəyi barədə məlumat verilmir.
Müdafiə nazirinin siyasi məsələlər üzrə müavini vəzifəsi Pentaqonun üçüncü ən vacib vəzifəsidir.