Ekvador prezidenti parlamenti buraxıb

18:10 - 17 May 2023 - DÜNYA

Guillermo Lasso həmçinin yeni ümumi seçki elan edib

Ucnoqta.az xəbər verir ki, Ekvador prezidenti Gilyermo Lasso qanunvericilər dövlət başçısının impiçmentinə baxmağa başladıqdan sonra parlamentin buraxılması və yeni seçkilərin təyin edilməsi haqqında fərman imzalayıb.

Lassonun sözlərinə görə, bu qərar hökumətə "bütün səyləri Ekvador ailələrinin ehtiyaclarını ödəməyə cəmləməyə" imkan verəcək.

"Nazirlərin və onların komandalarının ekvadorluların problemlərini həll etmək əvəzinə, vaxtlarının çoxunu Milli Assambleyanın siyasi hücumlarına cavab verməyə sərf etməsi qəbuledilməzdir", - dövlət başçısı bildirib.

O, hökumətin islahatların aparılması üçün yaxın günlərdə bir neçə fərman verəcəyini də açıqlayıb.

Xəbər xətti