Polis İmran xanın evini mühasirəyə alıb
Ucnoqta.az xəbər verir ki, bu barədə Pakistanın keçmiş baş naziri İmran Xan Twitter səhifəsində yazıb.
“Bəlkə də növbəti həbsimdən əvvəl yazdığım son tvitim. Polis evimi mühasirəyə aldı”, - Xan yazıb.
Keçmiş baş nazir videomüraciətində bildirib ki, Pakistan məhv olmaq yolundadır:
“Və mən qorxuram ki, əgər bu gün müdriklik nümayiş etdirilməsə, biz hətta parçaları yığa bilməyəcəyimiz bir mərhələyə gələ bilərik” - deyib.