Avropada Ukraynadan olan qaçqınların sayı həftə ərzində 32 mindən çox artıb.
Ucnoqta.az xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının (UNHCR) məlumatına görə, onların sayı ötən müddətdə 32,312 nəfər artıb. BMT-nin məlumatına görə, münaqişə başlayandan bəri 21 milyondan çox ukraynalı qonşu ölkələrə gəlib.
Rusiya Federasiyasının xüsusi hərbi əməliyyatı başlayandan Avropa ölkələrinə gələn Ukraynadan olan qaçqınların sayı 8 milyon 240 min 289 nəfərə çatıb.
Rusiya 24 fevral 2022-ci ildən 2023-cü il mayın 16-na kimi ən çox qaçqın qəbul edib - 2.852.395. Ondan sonra Polşa (1.602.062), Almaniya (1.061.623), Çexiya (519.964), Böyük Britaniya (204.701), İspaniya (204.701), Spa (175,107), Bolqarıstan (158,635), Rumıniya (131,462), Fransa (118,994), Slovakiya (116,202) və Moldova (108,602).