Almaniya Rusiyanın 5,23 milyard avroluq aktivlərini dondurub

16:44 - 17 May 2023 - DÜNYA

Almaniya aprelin 12-dən etibarən Rusiyanın 5,23 milyard avroluq aktivlərini dondurub

Ucnoqta.az xəbər verir ki, bu barədə  Almaniya Maliyyə Nazirliyinin nümayəndəsi Berlində keçirdiyi brifinqdə bildirib. O, qeyd edib ki, Ukraynada xüsusi hərbi əməliyyat başlayandan bu ilin aprel ayının ortalarına qədər Almaniya hökuməti Rusiyanın 5,23 milyard avro məbləğində aktivlərini dondurub.

Eyni zamanda departament nümayəndəsi vurğulayıb ki, daha dəqiq məbləğ Bundesbankda (Almaniya Federal Bankı) aşkar edilməlidir.

Xəbər xətti