Almaniya aprelin 12-dən etibarən Rusiyanın 5,23 milyard avroluq aktivlərini dondurub
Ucnoqta.az xəbər verir ki, bu barədə Almaniya Maliyyə Nazirliyinin nümayəndəsi Berlində keçirdiyi brifinqdə bildirib. O, qeyd edib ki, Ukraynada xüsusi hərbi əməliyyat başlayandan bu ilin aprel ayının ortalarına qədər Almaniya hökuməti Rusiyanın 5,23 milyard avro məbləğində aktivlərini dondurub.
Eyni zamanda departament nümayəndəsi vurğulayıb ki, daha dəqiq məbləğ Bundesbankda (Almaniya Federal Bankı) aşkar edilməlidir.