Rusiya Finlandiya diplomatik nümayəndəliklərinin hesablarını dondurub
Ucnoqta.az bu barədə Finlandiya mətbuatına istinadən xəbər verir. Finlandiya Xarici İşlər Nazirliyi ölkənin Rusiyadakı nümayəndəliklərinin bank hesablarının dondurulduğunu, vəziyyətin araşdırıldığını bildirib.
Finlandiyanın Moskvadakı səfirliyi ilə yanaşı, Sankt-Peterburqda Finlandiyanın Baş Konsulluğu da fəaliyyət göstərir.
Finlandiya Xarici İşlər Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Taneli Dobrovolski qeyd edib ki, o, aprelin sonunda hesabların fəaliyyətini dayandırdığı zaman vəziyyətdən xəbər tutub. Onun sözlərinə görə, son iki həftə ərzində Rusiya hakimiyyəti ilə vəziyyət müzakirə olunub. Rəsmi digər təfərrüatları açıqlamayıb.