Gürcüstan Hava Yolları Tbilisidən Moskvaya tranzit reyslərini ləğv edib
Ucnoqta.az xəbər verir ki, bu barədə aviaşirkətdən TASS-a bildiriblər. Bildirilib ki, Gürcüstanın “Georgian Airways” aviaşirkəti Gürcüstan və Rusiya Federasiyası arasında birbaşa uçuşların bərpa olunduğunu elan etdikdən sonra İrəvan üzərindən tranzit olaraq Tbilisi ilə Moskva arasında reysləri ləğv edib.
Sərnişinlərə alınan biletlərə görə pulun qaytarılacağı və ya əvəzində eyni tarixlərdə birbaşa reyslə təmin ediləcəyi ilə bağlı aydınlaşdırıcı suala aviaşirkətdən bildirilib ki, hələlik qərar verilməyib. “Georgian Airways” İrəvan üzərindən mayın 20-dək planlaşdırılan uçuşların həyata keçiriləcəyinə elan ediblər.