ABŞ ordusu Suriyadan 42 neft sisterni çıxarıb

14:31 - 17 May 2023 - DÜNYA

ABŞ əsgərləri Suriyanın şimal-şərqində kürdlərin nəzarətində olan ərazilərdən ən azı 42 tank Suriya nefti çıxarıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə çərşənbə günü SANA agentliyi məlumat yayıb.

Məlumata görə, ağır mühafizə altında neft daşıyıcılarından ibarət karvan Yarubiya sərhəd bölgəsindəki “El-Mahmudiya” keçid məntəqəsindən keçərək İraqa doğru irəliləyib.

Həmçinin qeyd edilir ki, İraqa ötürülən neft ABŞ dəniz piyadaları və Demokratik Suriya Qüvvələrinin kürd döyüşçülərinin birgə müdafiəsi altında olan Deyr əz-Zor və Hasek əyalətlərindəki yataqlardan hasil edilib.

Xəbər xətti