Fransanın keçmiş prezidenti bir il müddətinə azadlıqdan məhrum edilib
Ucnoqta.az xəbər verir ki, Məhkəmənin qərarını France 24 telekanalı yayıb. Məlumata görə, Paris Apellyasiya Məhkəməsi Fransanın keçmiş prezidenti Nikolya Sarkozinin telefon dinləmələri ilə bağlı hökm çıxarıb. Nikola Sarkozi bir il müddətinə azadlıqdan məhrum edilib.
Məhkəmə, siyasətçinin üç il həbs cəzasına məhkum edildiyi 2021-ci il hökmünü qüvvədə saxlayıb. Onlardan ikisi şərti olmaqla Sarkozinin qalan bir il həbsxanaya düşmək əvəzinə elektron qolbaq taxa biləcəyinə qərar verilib.