ABŞ Ermənistana rusları öz ərazisindən çıxarmağı təklif edir
Ucnoqta.az xəbər verir ki, bunu diplomatik departamentin saytında dərc olunan Tsarqrad telekanalına müsahibəsində Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.
Rusiya ABŞ-ın Ermənistana “rusları öz ərazisindən qovmaq” və təhlükəsizliyin təmin olunmasına yardım etmək təklifini açıq təxribat kimi qiymətləndirir.
“Mən bilirəm ki, ermənilər – bizdə belə bir məlumat var – onlar deyirlər, gəlin bizə gəlin, rusları da sizin ərazinizdən, sərhədçiləri də qovsun, hərbi bazanı çıxarın, amerikalılar kömək edəcək. Açıq təxribat. Bu da diplomatiya deyil”, - Rusiya XİN rəhbəri bildirib.