Türkiyə Milli Kəşfiyyat Təşkilatı (MİT) Suriyada xüsusi əməliyyat keçirib.
Ucnoqta.az xəbər verir ki, MİT PKK-nın Aynularab (Kobani) maliyyə məmuru "Zin Kobani/Cudi Egid/Sorxwin" kod adlı Tuba Karakoçu Suriyada keçirdiyi əməliyyatla zərərsizləşdirib.
Təhlükəsizlik mənbələrindən alınan məlumata görə, Karakoç 2013-cü ildə terror təşkilatı PKK-ya qoşularaq Türkiyə, İraq və Suriyada bir çox bölgədə fəaliyyət göstərib.
Türkiyədə fəaliyyət axtarışında olmaqda qərarlı olan və bir çox terror fəaliyyətində iştirak edən Karakoçun Suriyadakı maliyyə məsuliyyətinə görə təşkilata maliyyə dəstəyi vermək üçün İraqa getdiyi öyrənilib.
Bunun ardınca MİT-in Suriyanın Sirrin/Ayn İsa bölgəsində keçirdiyi əməliyyatla Karakoç zərərsizləşdirilib.