Çinin balıqçı gəmisi Hind okeanının mərkəzində batıb və 39 ekipaj üzvü ilə əlaqəni itirib.
Ucnoqta.az xəbər verir ki, bu barədə çərşənbə günü Çin Mərkəzi Televiziyası məlumat yayıb.
Gəmidə 17 Çin vətəndaşı, 17 İndoneziya və 5 Filippin vətəndaşı olub. Məlumata görə, onların hamısı itkin düşənlər siyahısındadır, axtarış-xilasetmə işləri davam etdirilir.
Hadisədən sonra Çin prezidenti Si Cinpin fövqəladə hadisə yerinə əlavə xilasedici qüvvələrin göndərilməsi və beynəlxalq axtarış-xilasetmə işlərinin əlaqələndirilməsi barədə göstəriş verib.