Taliban müvəqqəti hökumətinin başçısı səhhətinə görə istefa verib

00:02 - 17 May 2023 - DÜNYA

Radikal Taliban hərəkatının yaratdığı Əfqanıstanın müvəqqəti hökumətinin baş naziri Məhəmməd Həsən Axund səhhəti ilə əlaqədar tutduğu vəzifədən azad edilməsini xahiş edib.

Ucnoqta.az xəbər verir ki, bu barədə “Əl-Cəzirə” telekanalı Taliban hökumətindəki mənbəyə istinadən məlumat yayıb.

Məlumata görə, Əbdül Kəbir Taliban hökumətində müvəqqəti baş nazir təyin edilib. O, əvvəllər Axundun siyasi məsələlər üzrə müavini vəzifəsində çalışıb.

Xəbər xətti