Hindistan Hərbi Hava Qüvvələrinə məxsus C-17 Globemaster ağır hərbi-nəqliyyat təyyarəsi tərəfindən uçuş-enmə zolağı zəbt edildikdən sonra Leh hava limanı bağlanıb.
Ucnoqta.az xəbər verir ki, NDTV kanalının məlumatına görə, regionun bu yeganə böyük hava limanına bütün reyslər ləğv edilib.
Təyyarədə texniki problemlər yaranıb. Hava limanı bir neçə saatdır bağlanıb. Səlahiyyətlilər problemi tez bir zamanda həll edəcəklərinə söz verirlər.
Qeyd edək ki, Hindistanda Amerika istehsalı olan 11 C-17 nəqliyyat təyyarəsi xidmətdədir.