Kolumbiyalı pop müğənni Şakira vergidən yayınma iddiaları aldıqdan sonra lüks yaxtada istirahət edib.
Ucnoqta.az xəbər verir ki, müvafiq şəkilləri Daily Mail dərc edib.
Paparazzilər 46 yaşlı müğənnini Mayamidə dostları ilə birlikdə Mastercraft X24 gəmisində çəkiblər.
Bildirilir ki, adı çəkilən yaxtanın dəyəri 18,7 milyon təşkil edir. Eyni zamanda, gəminin dəqiq kimə məxsus olduğu qeyd edilmir.