Fransanın cənub-şərqindəki Alp-de-Haute-Provens departamentində 4,1 bal gücündə zəlzələ qeydə alınıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə ölkənin Mərkəzi Seysmoloji Bürosunun məlumatlarına istinadən Le Figaro qəzeti məlumat yayıb.
Yeraltı təkanlar Sen-Pol-sur-Yubay kommunası ərazisində hiss olunub.
Fransalı seysmoloqların fikrincə, zəlzələnin ocağı 5 km dərinlikdə yerləşib. Dağıntılar barədə məlumat verilməyib.
Le Figaro-nun qeyd etdiyi kimi, sonuncu dəfə fevral ayında Fransa və İtaliya sərhədində daha az intensivlikdə yeraltı təkanlar müşahidə olunub.