Ermənistan KTMT-dən çıxır? - Nazir müavini açıqladı

14:39 - 16 May 2023 - DÜNYA

Hazırda Ermənistanın KTMT-dən çıxması məsələsi gündəmdə deyil

Ucnoqta.az xəbər verir ki, bunu Ermənistan xarici işlər nazirinin müavini Mnatsakan Səfəryan parlamentdə jurnalistlərə bildirib.

"Konkret tarixləri deyə bilmərəm, çünki bu, Təhlükəsizlik Şurasında müzakirə olunub. Hesab edirəm ki, bu, həmin dövrdə olub. Bu addımı atmamaq, işi davam etdirmək qərara alınıb, çünki İrəvanda keçirilən sammit zamanı daha çox müzakirə olunan məsələlər var”, - Səfəryan deyib.

O, yaxın vaxtlarda Təşkilatın Cənubi Qafqazdakı vəziyyətlə bağlı bəyanatı ilə bağlı müzakirələrin aparılacağını bildirib.

"Biz sammitə ümidlə getdik ki, müzakirələr hansısa nəticəyə gətirib çıxarsın. Gözləntilər özünü doğrultmadı, amma işi davam etdirmək qərarına gəldik. Vəziyyət çətindir və biz KTMT-yə üzv ölkə olaraq, digər şeylər, öhdəliklər ilə yanaşı, addımlarımızın müəyyən nəticələrə gətirib çıxaracağına ümidimizi davam etdiririk”, - nazir müavini bildirib.

Bu məsələnin gündəmdə qalıb-qalmadığı ilə bağlı suala Səfəryan cavab verib ki, hazırda bu məsələ gündəmdən kənarda qalıb, eyni zamanda qeyd edib ki, hər şey vəziyyətdən asılıdır.

Xəbər xətti