Sudanda ordu ilə çevik reaksiya qüvvələri (xüsusi təyinatlılar) arasında baş verən toqquşmalarda həlak olan mülki şəxslərin sayı 822 nəfərə çatıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə Sky News məlumat yayıb. Məlumata görə, 3215 mülki şəxs yaralanıb. Mayın 2-də həkimlər 447 nəfərin münaqişənin qurbanı olduğunu, 2,2 mindən çox insanın xəsarət aldığını bildiriblər.
BMT-nin məlumatına görə, mayın 14-nə olan məlumata görə, toqquşmalarda 676 dinc sakin həlak olub, 5575-dən çoxu isə yaralanıb.