Ukrayna Qərb ölkələrindən 50-yə qədər F-16 qırıcısı almaq niyyətindədir.
Ucnoqta.az xəbər verir ki, bu barədə Ukrayna müdafiə nazirinin müşaviri Yuri Saka istinadən "Politico" nəşri məlumat yayıb.
Onun sözlərinə görə, Kiyev səmanı qorumaq üçün bu qırıcılardan üç-dörd eskadrilya yaratmaq niyyətindədir.Saka qeyd edib ki, indi Ukraynanın Rusiya təyyarələrini "dayandıracaq heç nəyi yoxdur".
Ukrayna müdafiə nazirinin müşaviri onu da qeyd edib ki, prezident Volodimir Zelenski "G7"nin Xirosima sammitində, eləcə də iyulda Vilnüsdə keçiriləcək NATO sammitində qırıcıların təchizatı məsələsinin əsas məsələ olmasını istərdi. Onun sözlərinə görə, Zelenski Avropaya səfəri zamanı Qərb liderlərindən məsələnin yaxın günlərdə müzakirə ediləcəyinə dair zəmanət alıb.