Fransa Böyük Britaniyanın ardınca uzun mənzilli "SCALP" raketlərini Ukraynaya təhvil verəcək
Ucnoqta.az xəbər verir ki, bunu Fransa Prezidenti Emanuel Makron TF1 telekanalına müsahibəsində danışıb.
Fransa liderinin sözlərinə görə, Ukrayna yaxın həftələrdə uzaqmənzilli raketlər, eləcə də onlarla zirehli texnika, xüsusilə AMX-10RCs döyüş maşınları alacaq.
Makron qeyd edib ki, onun ölkəsinin strategiyası “Ukraynaya hamını danışıqlar masasına qaytarmaq üçün dayanmağa kömək etməkdir”.