İtaliyanın Maliyyə Qvardiyasının (Maliyyə Nazirliyinin güc bölməsi) və gömrük orqanlarının əməkdaşları Gioia Tauro şəhərinin limanında 2,7 tondan çox kokain müsadirə ediblər.
Ucnoqta.az xəbər verir ki, bu barədə ANSA məlumat yayıb.
Narkotik maddə olan bağlamalar Ekvadordan gələn və sonradan Ermənistana göndərilməli olan banan olan iki konteynerdə gizlədilib. Hüquq-mühafizə orqanlarının məlumatına görə, qara bazarda bu miqdarda kokainin dəyəri təxminən 800 milyon avro təşkil edir.