Çin Hərbi Dəniz Qüvvələri Qərbi Sakit okeanda hərbi təlimlər keçirib

08:36 - 16 May 2023 - DÜNYA

Çin Xalq Azadlıq Ordusu Hərbi Dəniz Qüvvələri Sakit okeanın qərbində atəşli təlim keçirib.

Ucnoqta.az xəbər verir ki, bu barədə Çin Döyüş Komandanlığının Cənub Bölgəsinin rəsmi hesabında bildirilib.

Təlimlər yuxarıda göstərilən ərazidə “Liaonin” və “Huanşan” esmineslərinin iştirakı ilə keçirilib. Məlumatda deyilir ki, manevrlər zamanı onlar havadan hücumu dəf etmək üçün birgə hərəkətlər hazırlayıblar. Göyərtə silahları ilə hava hədəfləri vurulub.

Xəbər xətti