Ekvadorda şəhər merinə hücum olub

07:52 - 16 May 2023 - DÜNYA

Ekvadorda naməlum şəxslər Duran meri Luis Çonilyonun avtomobilinə atəş açıb.

Ucnoqta.az xəbər verir ki, polis hücum zamanı merin mühafizəçilərindən birinin öldüyünü, 5 nəfərin yaralandığını bildirib.

Hücumdan sonra hüquq-mühafizə orqanları meri mühafizə edən iki polis məmuru da daxil olmaqla, altı nəfərin yaralandığı barədə məlumat verib. Daha sonra polis onlardan birinin ölümünü təsdiqləyib. Mer xəsarət almayıb.

Prezident Guillermo Lasso Ekvadorun altıncı ən çox əhalisi olan şəhərinin merinə hücumu pisləyib.

Prokurorluq araşdırmalara başlayıb.

Xəbər xətti