Ukrayna Fransa-İtaliya istehsalı olan "SAMP-T" raket kompleksini alıb
Ucnoqta.az xarici mətbuata istinadən xəbər verir ki, Ukrayna Fransa-İtaliya istehsalı olan "SAMP-T" uzaqmənzilli zenit-raket kompleksi alıb.
Məlumata görə, onun saxlanmasına 20 yerli mütəxəssis cəlb olunacaq.
Daha əvvəl bildirilmişdi ki, Ukrayna prezidenti Volodimir Zelenski fransalı həmkarı Emmanuel Makronla Parisdə apardığı danışıqlardan sonra Kiyevə silah tədarükünün artırılmasına ümid edir.