ABŞ-da atışma nəticəsində üç nəfər ölüb - 2 polis yaralanıb

00:15 - 16 May 2023 - DÜNYA

ABŞ-da Nyu-Meksiko ştatının Farminqton şəhərində bazar ertəsi atışma nəticəsində azı 3 nəfər həlak olub.

Ucnoqta.az xəbər verir ki, yerli polisin məlumatına görə, hüquq-mühafizə orqanlarının iki əməkdaşı yaralanıb.

Yaralanan polislər tibb mərkəzinə yerləşdirilib, vəziyyətləri stabildir. Mülki şəxslərdən də ölən və yaralannlar var.

Polisin məlumatına görə, şübhəli şəxs hadisə yerində güllələnib. Baş verənlərin təfərrüatları açıqlanmayıb.

Xəbər xətti