ABŞ Rusiya və İrana qarşı sanksiyalar elan edib

21:43 - 15 May 2023 - DÜNYA

ABŞ administrasiyası yaxın günlərdə Rusiya və İran arasında hərbi-texniki əməkdaşlıqda iştirak edənlərə qarşı əlavə sanksiyalar tətbiq edəcək.

Ucnoqta.az xəbər verir ki, bu barədə bazar ertəsi jurnalistlər üçün keçirilən növbəti onlayn brifinqdə Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi bildirib.

Kirbinin sözlərinə görə, İran Rusiyanı əsasən pilotsuz uçuş aparatları (PUA), həmçinin artilleriya mərmiləri və tank sursatları ilə təmin edir. Belə ki, Ağ Evin sözçüsü Rusiya Federasiyasının 400-dən çox PUA-nın, əsasən də "Şahed" tipli kamikadze pilotsuz təyyarələr aldığını iddia edib. Eyni zamanda o, Moskvanın dronların daha müasir versiyalarının alınması ilə bağlı Tehranla məsləhətləşmələr apardığını iddia edib. Kirbi əlavə edib ki, İran guya Rusiya Federasiyasından hücum helikopterləri, radarlar, Yak-130 döyüş təlim təyyarələri və digər hərbi texnika almaq istəyir. Onun fikrincə, Rusiya “İrana raket və elektronika istehsalına təsir edən görünməmiş müdafiə əməkdaşlığı təklif edir”.

Xəbər xətti