Moskvada ABŞ səfirliyinin keçmiş əməkdaşı həbs edilib

19:41 - 15 May 2023 - DÜNYA

Moskvada ABŞ səfirliyinin keçmiş əməkdaşı həbs edilib

Ucnoqta.az TASS-a istinadən xəbər verir ki, ABŞ-ın Rusiyadakı səfirliyinin keçmiş əməkdaşı Robert Şonova məxfi əsaslarla əməkdaşlıq etməkdə ittiham olunub.

Onun Vladivostokda saxlandığı dəqiqləşdirilir. Robert Şonova dindirilib, sonra Rusiya Federasiyası Cinayət Məcəlləsinin 275.1-ci maddəsi ilə "Xarici dövlət, beynəlxalq və ya xarici təşkilatla məxfi əməkdaşlıq" ilə ittiham olunub.

Faktla bağlı cinayət işi başlanıb.

Xəbər xətti