Moskvada ABŞ səfirliyinin keçmiş əməkdaşı həbs edilib
Ucnoqta.az TASS-a istinadən xəbər verir ki, ABŞ-ın Rusiyadakı səfirliyinin keçmiş əməkdaşı Robert Şonova məxfi əsaslarla əməkdaşlıq etməkdə ittiham olunub.
Onun Vladivostokda saxlandığı dəqiqləşdirilir. Robert Şonova dindirilib, sonra Rusiya Federasiyası Cinayət Məcəlləsinin 275.1-ci maddəsi ilə "Xarici dövlət, beynəlxalq və ya xarici təşkilatla məxfi əməkdaşlıq" ilə ittiham olunub.
Faktla bağlı cinayət işi başlanıb.