Türkiyədə prezident seçkilərinin birinci turunun yekun nəticələri mayın 19-da hökumət qəzetində dərc olunacaq.
Ucnoqta.az xəbər verir ki, bundan sonra xaricdəki seçki məntəqələrində ikinci turda səsvermə başlayacaq. Səsvermə mayın 20-dən mayın 24-dək davam edəcək. Həmin gün seçkilərin ilk turunda səs çoxluğunu qazanan hazırkı prezident Rəcəb Tayyib Ərdoğan və müxalifət lideri Kamal Kılıçdaroğlu televiziya və radioda təbliğat kampaniyasına başlaya biləcəklər.