Finlandiya Hərbi Hava Qüvvələrinə məxsus "Hawk" qırıcı təyyarəsi günorta saatlarında qəzaya uğrayıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə Finlandiya Hərbi Hava Qüvvələri məlumat yayıb. Məlumata göreə, hər iki pilot katapult edib.
Hər iki pilot huşunu itirib və hazırda həkimlər tərəfindən müayinə olunur. Finlandiyanın xilasetmə xidmətləri hadisə yerinə bölmələr göndərib.