"Millətimizin xeyrinə qərar verəcəyik" - Sinan Oğan

17:02 - 15 May 2023 - DÜNYA

Ata Alyansının prezidentliyə namizədi Sinan Oğan Prezident və 28-ci Dövr parlament seçkilərinin nəticələrini izlədiyi oteldə açıqlamalar verib.

Ucnoqta.az xəbər verir ki, Oğan seçkilərin ikinci turda olduğunu bildirərək deyib:

"Millətimizi təbrik edirəm. Bundan sonra bizi çətin bir proses gözləyir. Bizə səs verən və bizi bu məqama çatdıran hər bir vətəndaşa təbrik və təşəkkürlərimi çatdırıram. Biz çətin şəraitdə seçki işləri apardıq və bu gün Türkiyədəki seçkinin nəticələrinə birbaşa təsir edəcək. Biz bir nöqtəyə gəldik. Bunu özümüz üçün uğur kimi görürəm. Əslində gözlədiyimiz səs daha yüksək oldu. Ancaq seçki Türkiyədəki şərtlər bəllidir, ona görə də bu barədə qiymətləndirməmi daha sonra verəcəm” - deyi.

Xəbər xətti