Seçki ikinci tura keçərsə, 50 min yeni seçici səs verəcək

16:41 - 15 May 2023 - DÜNYA

Mayın 14-də keçirilən seçkilərdə 6 milyona yaxın gənc ilk dəfə səs verib.

Ucnoqta.az xəbər verir ki, seçki ikinci tura keçərsə, mayın 28-dək 18 yaşı tamam olacaq təxminən 50 min gənc seçici ilk dəfə seçkiyə gedəcək.
Prezident seçkilərinin ikinci tura keçəcəyi təqdirdə 18 yaşı tamam olacaq təxminən 50 min yeni seçici var.
Prezidentliyə namizədlər yeni gənc elektoratı qazanmaq üçün səylərini gücləndirəcəklər.

Mayın 28-dək olan müddətdə gənclər üçün fəaliyyətlərə daha çox önəm veriləcək.

Xəbər xətti