Ukrayna HHQ-yə məxsus "Mi-24" və "Mi-8" helikopterləri vurulub

15:02 - 15 May 2023 - DÜNYA

Rusiya Aerokosmik Qüvvələrinin aviasiyası Donetskdə Ukrayna Hərbi Hava Qüvvələrinin iki helikopterini vurub.

Ucnoqta.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi, general-leytenant İqor Konaşenkov məlumat verib.

"Selidovo və Brusovka yaşayış məntəqələri ərazilərində Rusiya Aerokosmik Qüvvələrinin qırıcı təyyarələri Ukrayna Hərbi Hava Qüvvələrinə məxsus "Mi-24" və "Mi-8" helikopterlərini vurub", - Konaşenkov bildirib.

Xəbər xətti