NATO-nun baş katibi Yens Stoltenberq NATO-nun baş katibi vəzifəsində qalmaq fikrində deyil
Ucnoqta.az xəbər verir ki, o, bu barədə Kopenhagendə keçirilən Demokratik Forumda bildirib. Stoltenberq oktyabrda ona yeni müddət təklif olunarsa, Şimali Atlantika Alyansının baş katibi vəzifəsində qalmaq niyyətində olmadığını bildirib:
“Mənim yeganə planım bu payızda istefa verməkdir. Mən planlaşdırdığımdan iki dəfə çox vəzifədə olacağam və bu barədə deyə biləcəyim tək şey budur”, - Stoltenberq bildirib.