Gürcüstan hakimiyyəti Rusiya ilə dəmir yolu əlaqəsini bərpa etmək niyyətində deyil

13:42 - 15 May 2023 - DÜNYA

Gürcüstan hakimiyyəti Rusiya ilə dəmir yolu əlaqəsinin bərpası məsələsini müzakirə etmək niyyətində deyil.

Ucnoqta.az xəbər verir ki, bunu hakim “Gürcü arzusu - Demokratik Gürcüstan” partiyasının sədri İrakli Kobaxidze deyib.

“Dəmir yolu əlaqəsi məsələsi gündəmdə deyil. Qərarlarımız milli maraqlarımıza uyğun olduğu üçün prinsip əsasında qəbul edilir”, - Kobaxidze qeyd edib.

Qeyd edək ki, 1990-cı illərin əvvəllərindən Gürcüstanla Rusiya arasında dəmir yolu əlaqəsi yoxdur. 2008-ci ildən Gürcüstanla Rusiya arasında diplomatik əlaqələr dayandırılıb.

Xatırladaq ki, bu gündən etibarən Gürcüstan vətəndaşları Rusiya Federasiyasının ərazisinə 90 günə qədər vizasız daxil olacaqlar. 

Gürcüstanın baş naziri İrakli Qaribaşvili Rusiyanın viza rejimini ləğv etməsini və ölkələr arasında hava nəqliyyatına qadağa qoymasını müsbət hal adlandırıb.

Xəbər xətti