Türkiyəli aktrisa Meral Konrat “Təhminə və Zaur” filmindəki öpüşmə səhnələrindən danışıb.
Ucnoqta.az xəbər verir ki, ARB telekanalında yayımlanan “O Üz” verilişinin qonağı olan sənətçi filmin çəkilmə ərəfələrini yada salıb:
“Bu film mənə təklif ediləndə Türkiyədə 2-3 filmdə rol almışdım.
Rasim Ocaqov da bu filmdə türk aktrisanın oynamasını istəyib, ona görə Türkiyəyə gəlibmiş. Rasim bəyə o dövrün baş rol aktrisalarını bir-bir təqdim ediblər, o isə deyib ki, mənim beynimdəki Təhminə bunların heç biri deyil. Sonradan məni göstəriblər və seçilmişəm. Mən filmin ssenarisini çox bəyənmişdim, amma çoxlu öpüşmə və sevişmə səhnələri vardı. Ona görə dedim ki, mən oynaya bilməyəcəm, istəyirsinizsə, başqa birini tapın. Amma Rasim bəy buna razı olmadı ki, mən neçə aydır Təhminəni axtarıram, narahat olma, o səhnələri çıxararıq. Sonra Bakıya gəldim, filmin çəkimlərinə başlandı. Gördüm ki, Rasim Ocaqov çox vurnuxur, soruşdum ki, nə məsələdir? Dedi ki, Meral, bu eşq filmidir, ən azından bir öpüşmə səhnəsi olsun. Fikirləşdim və buna razı oldum ki, film tamamlansın, çünki filmin bu cür səhnələrə doğurdan ehtiyacı vardı”.
Qeyd edək ki, "Təhminə və Zaur" filmində Meral Konratın tərəf müqabili xalq artisti Fəxrəddin Manafov olub. Həmin görüntüləri təqdim edirik:
///yenisabah