Britaniya Ukraynaya PUA-lar və raketlər verəcək

11:15 - 15 May 2023 - DÜNYA

Böyük Britaniya Ukraynaya 200 km-dən çox mənzilə malik pilotsuz təyyarələr və hava hücumundan müdafiə üçün yüzlərlə raket verəcək.

Ucnoqta.az xəbər verir ki, bu barədə Britaniya hökuməti məlumat yayıb. Məlumata görə, silahlar yaxın aylarda təhvil veriləcək.

“Bu gün Baş nazir Böyük Britaniyanın yüzlərlə hava hücumundan müdafiə raketləri və əlavə pilotsuz uçuş sistemləri, o cümlədən 200 km-dən çox mənzilə malik yüzlərlə yeni uzun mənzilli hücum pilotsuz təyyarələri tədarükünü davam etdirəcəyini təsdiq edəcək”, - deyə məlumatda bildirilir.

Xəbər xətti