Zelenski Londonda Sunak ilə danışıqlar aparacaq

10:43 - 15 May 2023 - DÜNYA

Ukrayna prezidenti Volodimir Zelenski bazar ertəsi Londonda Böyük Britaniyanın baş naziri Rişi Sunak ilə danışıqlar aparacaq.

Ucnoqta.az xəbər verir ki, bu barədə Ukrayna dövlətinin başçısı Telegram kanalında məlumat verib.

"Bu gün - London. Böyük Britaniya yerdə və göydə imkanlarımızı genişləndirməkdə liderdir. Bu gün bu əməkdaşlıq davam edəcək. Mən dostum Rişi ilə görüşəcəyəm", - Zelenski yazıb.

Onun sözlərinə görə, nümayəndə heyətlərinin tərkibində “mahiyyətli təkbətək danışıqlar” da aparılacaq.

Xəbər xətti