G7 ölkələri Rusiyaya qarşı enerji və ixrac sanksiyalarının genişləndirilməsini elan edəcək
Ucnoqta.az "Reuters"ə istinadən xəbər verir ki, Yaponiyada keçiriləcək sammitdə G7 ölkələrinin liderləri Rusiyanın enerji sektoruna qarşı sanksiyaları və ixrac məhdudiyyətlərini sərtləşdirmək üçün yeni tədbirləri elan etməyi planlaşdırır.
Yeni məhdudiyyətlər üçüncü ölkələrin də iştirak etdiyi sanksiyadan yayınmanın qarşısını almaq məqsədi daşıyır. Həmçinin, Qərbin planlarına görə sanksiyalar Rusiyanın enerji sektoruna zərər vurmalı və Rusiya Silahlı Qüvvələrini dəstəkləyən ticarəti məhdudlaşdırmalıdır.